Zəhərlənmə
Zəhərlənmə — orqanizmə zəhər və ya toksinlərin düşməsi ilə meydana gələn xəstəlik və ya rahatsızlanma, habelə bu xəstəliyə gətirib çıxaran hərəkətlər (məsələn, kiminsə zəhərlənməsi və ya zəhərlə öldürülməsi).
Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. Daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, həm də tənəffüs sistemi, dəri, inyeksiya və s. yollarla mümkündür. İlk yardım zamanı öncə zəhərin nə olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə qədər vaxt keçdiyi nəzərə alınmalıdır.
Təcili tədbirlər 3 istiqamətdə aparılır:
1. Zəhəri orqanizmdən mümkün qədər çıxarmaq. Əgər xəstə zəhəri ağızdan qəbul edibsə tez mədə yuyulmalı, çox vaxt keçibsə həm də işlədicilər verilməli, imalə olunmalıdır. Mədəni yumaq üçün xəstə çoxlu miqdarda otaq temperaturunda su içib qusmalıdır. Suya 4-5 tablet aktivləşdirilmiş kömür əlavə etmək olar.